...

Xaçmaz rayonunda Novruz bayramı təntənə ilə qeyd olunub (FOTO)

Cəmiyyət Materials 18 Mart 2024 19:50 (UTC +04:00)
Xaçmaz rayonunda Novruz bayramı təntənə ilə qeyd olunub (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər parkında Novruz bayramı ilə əlaqədar bayram şənliyi təşkil edilib.

Trend xəbər verir ki, bayram tədbirində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Birlik, bərabərlik, qardaşlıq bayramında əvvəlcə Novruzun ən gözəl nümunələrindən olan bayram tonqalı alovlandırılıb.

Parkın hər guşəsi bayram atributları ilə bəzədilib, təhsil və mədəniyyət müəssisələrinin kollektivləri öz sərgiləri ilə qonaqları sevindiriblər. Bahar mövzusunda rəsm əsərləri, xalq sənətkarlığı nümunələri nümayiş etdirilib.

İdmançıların nümunəvi çıxışları, Novruzun personajları olan Keçəllə Kosanın məzəli əhvalatları, Bahar qızın könülləri oxşayan təbrik sözləri sakinlərə xoş ovqat bəxş edib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinləri Novruz bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Dostluq, həmrəylik və bolluq rəmzi olan Novruz bayramının xalqımızın çox sevdiyi və həmişə təntənə ilə qeyd etdiyi bayram olduğunu, bu bayramın ellərimizə, süfrələrimizə xeyir-bərəkət, ruzi gətirdiyini, ana torpağın oyanaraq doğma təbiətə nəfəs verdiyini və insanlarımızın bundan ruhlandığını, qurub-yaratmaq eşqi ilə yaşadıqlarını diqqətə çatdırıb.

Novruz şənliyi geniş bayram konserti ilə davam edib. Milli rəqslər, Vətənimizi tərənnüm edən musiqilər və şən mahnılar xaçmazlıların bayran əhval ruhiyyəsini bir qədərdə yüksəldib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti