...

SOCAR-da “Baker Hughes” Universiteti tərəfindən “Liderlik Akademiyası” konsepti üzrə təlimlərə start verilib

Cəmiyyət Materials 19 Mart 2024 17:49 (UTC +04:00)
SOCAR-da “Baker Hughes” Universiteti tərəfindən “Liderlik Akademiyası” konsepti üzrə təlimlərə start verilib

Bakı. Trend:

“Liderlik Akademiyası” konsepti çərçivəsində “Baker Hughes” Universiteti tərəfindən SOCAR-ın korporativ dəyərləri əsasında hazırlanan mövcud və potensial liderlərin inkişaf etdirilməsi üzrə praktiki təlim proqramlarına start verilib.

Təlimin birinci hissəsi davranış səriştələri və təlimlərin idarəolunması üzrə 20 ildən çox beynəlxalq təcrübəyə malik Ashley Thompson və Rossano Gagliardi tərəfindən 11 mart - 14 mart 2024-cü il tarixlərində keçirilib.

Liderlərin inkişafı təlimlərinə SOCAR Qrupdan apstrim, midstrim və daunstrim istiqamətləri üzrə ümumilikdə 40 nəfər əməkdaş cəlb edilib. İştirakçılar “Etimad mədəniyyətinin yaradılması və qurulması”, “Dayanıqlı Liderlik”, “Liderlik və effektiv komanda idarəçiliyi”, “Rəqabət mühitində ünsiyyət üslubları”, “Təqdimat bacarıqları” və digər modullar üzrə təlimdə iştirak ediblər.

Qeyd edək ki, sözügedən təlimlərin ikinci hissəsinin aprel ayında təşkil edilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti