Bakı. Trend:
Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.
“30 000, 17 000, 26 700, 9 000, 270, 500, 678, 852, 310, 400
manat məbləğlərində talamalar necə baş verir? Nəyisə almaq, nəyisə
kirayələmək üçün onlayn qaydada beh ödəyirsiniz. Sonra beh
ödədiyiniz şəxs sizə geri zəng edərək, yaxud, mesaj yazaraq,
razılaşmanın mümkün olmadığı, alınmadığı üçün üzr istəyərək behi
qaytarmaq istəyir. Siz də həmin pulu geri qaytarmaq üçün bank kartı
məlumatlarını həmin şəxsə göndərirsiniz. Nəticədə kartınızda olan
bütün vəsait hesabınızdan oğurlanır. Bütün bunları nəzərə alaraq,
bank kart istifadəçilərini diqqətli olmağa çağırırıq.
Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın”, - deyə
E.Hacıyev vurğulayıb.