...

25 yaşlı şəxsi elektrik cərəyanı vurub öldürdü

Cəmiyyət Materials 7 May 2024 17:36 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Şəxsin iş yerində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Trend xəbər verir ki, bu baradə Ucar rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Kəlbəcər rayon sakini 1999-cu il təvəllüdlü Elvin Tağıyevin iş zamanı aldığı xəsarətlərdən mayın 7-də müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla “Electro-İndustries” QSC-nin elektrik quraşdırıcısı vəzifəsində işləmiş Elvin Tağıyevin aprelin 29-da “Mingəçevir REŞ” MMC-nin Ucar yarımstansiyasında aparılan yenidənqurma işləri zamanı elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən mayın 7-si müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti