...

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb - DİN

Cəmiyyət Materials 23 İyul 2024 10:51 (UTC +04:00)
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb - DİN
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 22-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 123, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti