Bakı. Trend:
Şirvan suvarma kanalının Göyçay rayonundan keçən hissəsi tam bərpa edilib.
Trend bu barədə Azərbaycan Dövlət Su Agentliyinə (ADSEA) istinadən xəbər verir.
Məlumata görə, Lək kəndi ərazisində torpaq qatının yarılması ilə bağlı problem tam aradan qaldırılıb. Suvarma kanalında təmir-bərpa işləri canlı qüvvə və ağır texnika vasitəsilə həyata keçirilib, təhlükəsizlik tədbirləri görülüb.
Bildirilib ki, hadisə nəticəsində ətrafa heç bir ziyan dəyməyib.