...

Soltan Məmmədov əlilliyi olan şəxslərin məşğulluğa cəlbinin sosial xidmətin növü kimi göstərilməsini təklif edib

Cəmiyyət Materials 25 Fevral 2025 12:20 (UTC +04:00)
Soltan Məmmədov əlilliyi olan şəxslərin məşğulluğa cəlbinin sosial xidmətin növü kimi göstərilməsini təklif edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Əlilliyi olan şəxslərin məşğulluğunun artırılması, onların məşğulluğa cəlb olunmasında görülən tədbirlərin də sosial xidmət kimi göstərilməsi yaxşı olardı.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov komitənin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

"Ödənişli və ödənişsiz sosial xidmət üçün imzalanacaq müqavilələrin fərqi nədən ibarət olacaq? Buna aydınlıq gətirilməsinə ehtiyac var. Əlilliyi olan insanların məşğulluğunun artırılması çox sevindirici haldır", - o bildirib.

Onun sözlərinə görə, bu yaxınlarda qəbul edilən qanunlarda onların əmək qabiliyyətinin dəstəklənməsi və stimullaşdırılması ilə bağlı qanunvericilik davamlı olaraq təkmilləşdirilir.

"Əminəm ki, sosial xidmət növlərində qeyd olunan təsnifatın genişləndirilməsi istiqamətində də işlər aparılacaq.

Sosial-iqtisadi xidmətlərdə əlilliyi olan insanların məşğulluğunun artırılması məsələsi də ehtimal olunur. Bunun qanunun açılışında qeyd olunması bir daha onu göstərərdi ki, qanunvericilik davamlı olaraq məşğulluğun artırılmasında onlara dəstək olur. Məşğulluğun artırılması, onların məşğulluğa cəlb olunmasında görülən tədbirlərin də sosial xidmət kimi göstərilməsi yaxşı olardı.

Çernobıl qəzasından əziyyət çəkən insanların Prezident təqaüdü alması, mənzil şəraitinin yaxşlaşdırılması, ildə bir dəfə tibbi xidmətlə təmin olunması, əlillik dərəcələrinin verilməsi, onların sosial rifahının yaxşılaşdırılmasına böyük dəstəkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti