...

2026-cı il büdcəsində səhiyyə xərclərinin xüsusi çəkisinin 4,9 %-ə çatması müsbət haldır – Soltan Məmmədov

Cəmiyyət Materials 6 Noyabr 2025 13:18 (UTC +04:00)
2026-cı il büdcəsində səhiyyə xərclərinin xüsusi çəkisinin 4,9 %-ə çatması müsbət haldır – Soltan Məmmədov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin dövlət büdcəsinin xərclərinin 41 %-nin sosial yönümlü xərclərə yönəldilməsi, Dövlət Sosial Müdafiə Fondunun həm xərclərinin, həm də gəlirlərinin artımı, İşsizlikdən Sığorta Fondu çərçivəsində həyata keçirilən aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi təqdirəlayiqdir.

Trend xəbər verir ki, bunu bu gün Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

S.Məmmədov vurğulayıb ki, həm 2026-cı ilin dövlət büdcəsində, həm də icmal büdcədə səhiyyəyə ayrılan vəsaitin artması ölkədə uğurla həyata keçirilən icbari tibbi sığortanın bariz nümunəsidir. Dövlət büdcəsinin xərcləri strukturunda səhiyyə xərclərinin xüsusi çəkisinin 4,9 %-ə çatması və buradakı 1 % artım müşahidə olunması da müsbət haldır.

“Xüsusilə, icmal büdcədə Dövlət İcbari Tibbi Sığorta Fondunun 2026-cı il üzrə xərclərinin əhəmiyyətli hissəsinin məhz cari ilin sonuna qədər istifadə olunmamış gəlirlər hesabına qarşılanacağını nəzərə alaraq, gələcəkdə fondun real gəlirləri kontekstində bu siyasətin davamlılığı necə təmin olunacaq? İstərdim ki, bu haqda məlumat verilsin.

Biz hər zaman xüsusi Dövlət Proqramlarının İcbari Tibbi Sığorta Fondu çərçivəsində həyata keçirilməsini arzulamışıq və bu, bu gün həyata keçirilir. Bilmək istərdim ki, hələ də dövlət proqramı çərçivəsində maliyyələşdirilən həmin 6 proqramla yanaşı, digər 8 proqramın fond hesabına maliyyələşdirilməsi ilə bağlı qərarda hansı göstəricilər əsas götürülüb? Çünki biz hər il qeyd edirik ki, bu layihələrin icrasının monitorinqi çox önəmlidir”, - deyə deputat bildirib.

Millət vəkili əlavə edib ki, bu proqramlar xüsusi həssas qrupları və tam tibbi yardıma ehtiyacı olan insanları əhatə edir.

“Eyni zamanda, ilkin səhiyyə xidmətinin inkişafı ilə bağlı da müəyyən tədbirlərin genişləndirilməsini arzu edirəm. Bu gün immunoprofilaktika proqramına ayrılan büdcənin artımı bizi sevindirir. Bu da ilkin səhiyyə xidmətində böyük uğur kimi qiymətləndirilə bilər.

Ümumilikdə, səhiyyə sahəsində gələcəkdə bu Dövlət Proqramlarının sığorta büdcəsi hesabına maliyyələşdirilməsi və onların monitorinqinin həyata keçirilməsi çox vacibdir”, - deyə o fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti