...

Göyçayın yeni icra başçısı kollektivə təqdim olunub (FOTO)

Cəmiyyət Materials 13 Noyabr 2025 13:10 (UTC +04:00)
Göyçayın yeni icra başçısı kollektivə təqdim olunub (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Çingiz oğlu Mürsəlov bu gün kollektivə təqdim olunub.

Trend xəbər verir ki, yeni icra başçısını Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim edib.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb. O.Mürsəlov ona göstərilən etimada görə minnətdarlıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti