...

MİLLİ MƏTBUAT GÜNÜ MÜNASİBƏTİLƏ JURNALİSTLƏRƏ "MEDİA AÇARI" MÜKAFATI TƏQDİM OLUNACAQ

Cəmiyyət Materials 12 İyul 2005 15:44 (UTC +04:00)

İyulun 21-də, "Hyatt Regency" mehmanxanasının "Quba" zalında Milli mətbuat günü münasibəti ilə jurnalistlərə "Media açarı" mükafatının təqdim olunması mərasimi keçiriləcəkdir.

Bu haqda tədbirin təşkilatçılarından olan Demokratik Jurnalistlər Liqasının(DJL) sədri Yadigar Məmmədli Trend ə müsahibəsində bildirmişdir.

Onun sözlərinə görə, mərasim "Ruh" Jurnalistlərin Hüquqlarının Müdafiəsi Komitəsi və Azərbaycan Jurnalistlər Konfederasiyası ilə birlikdə təşkil olunacaqdır.

"Hazırda "Media açarı" müsabiqəsinin qaliblərinin müəyyənləşdirilməsi prosesi gedir.Münsiflər heyəti müsabiqəyə təqdim olunmuş materialları 5 nominasiyada qiymətləndirəcəkdir.

Bunlar "ən yaxşı araşdırma yazısı", "ən yaxşı jurnalist təhqiqatı" , "ən yaxşı reportaj," , "ən yaxşı foto illüstrasiya," və "ən yaxşı publisistika" nominasiyaları olacaqdır.

Hər nominasiyada 2 qalib müəyyənləşdiriləcəkdir. Birinci yerin qalibinə "Media açarı", 1 milyon manat həcmində pul mükafatı və diplom veriləcəkdir. Nominasiyalarda ikinci yeri tutanlara isə 500 min manat həcmində pul mükafatı və diplom veriləcəkdir",-deyə Yadigar Məmmədli bildirmişdir.

Xəbər lenti

Xəbər lenti