...

"TURAN" BOLQAR LEGİONERİNİN XİDMƏTİNDƏN İMTİNA EDİB

Cəmiyyət Materials 4 Oktyabr 2005 17:54 (UTC +04:00)

Futbol üzrə Azərbaycan çempioanıtının liderlərindən biri olan Turan" özünün bolqar legioneri Kiril Nikolovun xidmətindən imtina etmək qərarına gəlib.

Trend in məlumatına görə, futbolçunun səviyyəsi baş məşqçi Naci Şensoyu qane etmədiyi üçün onu yarmmüdafiəçi kimi komandaya daxil etməyib. Bu zaman bu ilin iyul ayında kollektivlə müqavilə bağlayan Kirill "Turan"ın tərkibində cəmi 3 oyunda iştirak edib.

K.Nikolovun gedişindən sonra komandada 4 legioner qalır. Daha 3 legionerə - - gürcü Tengiz Seniava, Zaz Latsabidzeyə, eləcə də Burkin-Fasodan olan İss Nikiyemə Azərbaycan vətəndaşlığı verilib.

Xatırladaq ki, altı turdan sonra "Turan" turnir cədvəlində ikinci yeri tutur.

Xəbər lenti

Xəbər lenti