...

"Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən bir il ötdü

Cəmiyyət Materials 2 Mart 2006 21:00 (UTC +04:00)

Martın 2-də "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsinin bir ili tamam oldu. Trend in məlumatına görə, bununla əlaqədar mərhum jurnalistin məzarı ziyarət edilib, yaşadığı evdə il mərasimi keçirilib.

E.Hüseynovun məzarını çoxsaylı jurnalistlər, redaktorlar, jurnalist qurumlarının rəhbərləri, həmçinin qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların rəhbərləri və fəalları, ictimaiyyət nümayəndələri ziyarət ediblər.

İldönüm günü mərhum jurnalisti həmçinin ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş də yad edib, onun yaşadığı evin önünə əklil qoyub.

Xəbər lenti

Xəbər lenti