...

Tanınmış "Dina" klubu futzal üzrə "Novruz-2006" turnirində iştirak edəcək

Cəmiyyət Materials 7 Mart 2006 15:37 (UTC +04:00)

Moskvanın tanınmış "Dina" futzal klubu martın 11-də Bakıda keçiriləcək ənənəvi beynəlxalq "Novruz-2006" turnirində iştirak edəcək.

Trend ə məlum olub ki, komanda yarışın təşkilatçılarından xüsusi dəvətnamə alıb və məmnuniyyətlə cavab verib. Qitənin aparıcı komandalarından biri olan "Dina"nın Azərbaycanın paytaxtına güclü tərkibdə gələcəyi gözlənilir. Dəfələrlə Rusiya çempionu olmuş komanda vaxtilə Bakıya "Gömrükçü" ilə yoldaşlıq görüşünə gəlib və azarkeşlərə çox gözəl oyun bəxş edib.

Qeyd etmək lazımdır ki, "Novruz-2006" turnirində Gürcüstan, İran, Ukrayna, Özbəkistan və digər ölkələrdən bir sıra komandaların iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti