...

Bir sıra Azərbaycan diaspor təşkilatlarının rəhbərləri Bakıya gəliblər

Cəmiyyət Materials 13 Mart 2006 15:57 (UTC +04:00)

Martın 16-da Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının ikinci qurultayında iştirak etmək üçün Avropanın və Orta Asiyanın bir neçə ölkəsindən soydaşlarımız, diaspor təşkilatlarının rəhbərləri artıq Azərbaycana gəliblər. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitədən bildirilib ki, Almaniya, İsveç, Latviya, Niderland, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Böyük Britaniya və başqa ölkələrdə yaşayan azərbaycanlılar Bakıdadırlar. Onlar arasında Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Bahəddin Kaya, Almaniyada Nizami Gəncəvi adına Mədəniyyət İnstitunun rəhbəri, şairə Nuridə Atəşi, Qazaxıstandakı "Turan" Konqresinin sədri Əbülfəz Xometov, İsçeçdən Dünya Azərbaycanlıları Konqresinin (DAK) nümayəndələri və başqaları da var.

Qurultayda iştirak etmək üçün Bakıya gəlmiş dəvətlilər Dövlət Komitəsinin təşkilatçılığı ilə paytaxtın müxtəlif otellərində martın 14-dən etibarən yerləşdiriləcəklər. Qeyd edək ki, qurultaya xaricdən 300-dən artıq qonaq, 600-ə qədər isə Azərbaycan diaspor nümayəndəsi dəvət olunub.

Xəbər lenti

Xəbər lenti