...

Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti vərəmli məhkumlara baş çəkib

Cəmiyyət Materials 3 Aprel 2006 18:30 (UTC +04:00)

Aprelin 3-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Yakob Kellenterq Bakıda vərəmli məhkumların saxlanıldığı 3 saylı Müalicə Müəssisəsində olub. Bu barədə Trend ə Ədliyyə Nazirliyinin Səhiyyə İdarəsinin rəisi Rəfael Mehdiyev məlumat verib.

Qonaq müəssisədə müalicə şəraiti və yeni müayinə aparatları, dərman preparatları ilə tanış olub, həmçinin məhkumların istifadəsinə verilmiş yeni kitabxanaya baş çəkib.

Y.Kellenberqə müalicə müəssisəsində məhkumların müalicəsi ilə bağlı ətraflı məlumat verilib. Qonağa bildirilib ki, müəssisədə quraşdırılmış müasir aparatla aparılan müayinələr vərəmli məhbusların xəstəliyini daha operativ müəyyən etməyə imkan verir. Bu aparat vərəmin ən son növünü belə müəyyən etmək imkanına malikdir.

Həmçinin bildirilib ki, hazırda Səhiyyə İdarəsi Azərbaycanda məhkumların vərəm xəstəliyinə yoluxma hallarının qarşısının birdəfəlik alınması üçün tədbirlər həyata keçirir.

Y.Kelenterqə məlumat verilib ki, 1995-ci ildən 2006-cı ilə qədər Ədliyyə Nazirliyi tabeliyindəki həbsxanalarda və cəzaçəkmə müəssisələrində vərəmlə bağlı ölüm halları təqribən 4-5 dəfə azalıb.

Y.Kellenberq müalicə müəssisəsindəki şəraitdən və məhkumlara göstərilən müalicədən razı qalıb.

Xəbər lenti

Xəbər lenti