...

Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasına yeni sədr təyin olunacaq

Cəmiyyət Materials 4 May 2006 16:30 (UTC +04:00)

May ayının ikinci yarısında Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasına yeni sədr təyin olunacaq. Bu barədə Trend ə Apellyasiya Məhkəməsinin mətbuat xidmətinin rəhbəri Anar Məmmədov məlumat verib.

A.Məmmədov bildirib ki, Məhkəmə Hüquq Şurası tərəfindən Kollegiyanın sədri Asif Allahverdiyev barədə intizam məsuliyyətinə cəlb olunma və kollegiya sədri vəzifəsinin icrasından azad edilmə barədə qərar çıxarıldıqdan sonra həmin vəzifə boş qalıb. Kollegiya sədrinin rəhbəri vəzifəsini müvəqqəti olaraq Apellyasiya Məhkəməsinin digər hakimi İlqar Xələfov icra edir. Sədrliyə bir neçə namizəd var və may ayının ikinci yarısında həmin namizədlərdən birinin prezident tərəfindən sədr vəzifəsinə təsdiqlənməsi gözlənilir.

Qeyd edək ki, Məhkəmə Hüquq Şurasının son iclasında Asif Allahverdiyevdən başqa daha 10 hakim barədə intizam icraatı başlanmasına dair qərar çıxarılıb.

Xəbər lenti

Xəbər lenti