...

Rusiyanın ali məktəblərinə sənədlərin qəbulu başa çatıb

Cəmiyyət Materials 8 May 2006 17:27 (UTC +04:00)

Rusiyanın ali məktəblərinə sənədlərin qəbulu başa çatıb. Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Trend ə verilən məlumata görə, qəbul imtahanları mayın 12-də başlanacaq.

Abituriyentlərə 3 ixtisas üzrə seçim etmək imkanı verilib. Abituriyentlər seçdikləri ixtisas qrupu çərçivəsində test imtahanları verəcək və müsahibədən keçəcəklər. Müsahibəyə test imtahanlarında 400-dən artıq bal toplamış tələbələr buraxılacaqlar. Orta məktəbi Azərbaycan dilində qurtarmış abituriyentlər üçün müsahibə rus dilində keçiriləcək.

Rusiya Federasiyasının ali məktəblərində təhsil pulsuz, digər xidmətlər, eləcə də, yataqxanada yaşayış pulludur. Rusiyaya təhsil almaq üçün

gedən şəxslər məcburi olaraq Tibbi sığorta polisi (ildə 150 ABŞ dolları) də etməlidirlər. Rusiyanın ali məktəbləri qəbul sınaqları keçirmək hüququnu özlərində saxlayırlar.

Xəbər lenti

Xəbər lenti