...

Parisdə gənc Azərbaycan rəssamlarının əsərlərindən ibarət bir həftəlik sərgi təşkil olunacaq

Cəmiyyət Materials 12 İyun 2006 18:52 (UTC +04:00)

Azərbaycan Fransız Gənclik Assosiasiyasının təşkilatçılığı ilə bu ilin oktyabr ayında Paris şəhərində gənc Azərbaycan rəssamlarının əsərlərindən ibarət bir həftəlik sərgi təşkil olunacaq. Bu barədə Trend ə Azərbaycan Fransız Gənclik Assosiasiyasının rəhbəri Mirvari Fətəliyeva məlumat verib.

O bildirib ki, sərgidə Azərbaycanda yaşayıb fəaliyyət göstərən rəssamlar iştirak edəcək, 17-20 yaş arasında olan rəssamların işi nümayiş etdiriləcək. M.Fətəliyeva qeyd edib ki, bu layihədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi də iştirak edəcək. Onun bildirdiyinə görə, Dövlət Komitəsi hər zaman bu təşkilatın keçirdiyi tədbirlərə hərtərəfli köməkliyini göstərir.

M.Fətəliyeva onu da deyib ki, Azərbaycan Fransız Gənclik Assosiasiyası 2004-cü ildən etibarən "Körpü" adlı jurnal çap etdirir. Azərbaycan və fransız dillərində çıxan jurnalda hər iki ölkənin mədəniyyətləri təbliğ edilir. Nəşr Fransanın Senatına, Parlamentə təqdim olunur və yüksək qarşılanır. M.Fətəliyevanın sözlərinə görə, 2003-cü ildə Parisdə yaradılmış Azərbaycan Fransız Gənclik Assosiasiyasının fəaliyyətinin əsas istiqaməti Azərbaycanı mədəni baxımdan Fransada tanıtmaq, onun mədəniyyətini, tarixini təbliğ etməkdir: "Biz Azərbaycanın milli bayramlarını qeyd edir, tədbirlər keçirir, bu bayramların mahiyyətini fransızlara anladırıq. 28 may - Respublika Günü ilə əlaqədar böyük tədbir keçirdik, Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təşkil etdik. 10 nəfər Azərbacan rəssamının əsərlərini bir həftə ərzində nümayiş etdirdik. Təşkilatımızın mədəniyyətlə bağlı fəaliyyət göstərməsi siyasi baxışlarımızı nümayiş etdirməyimizə, Azərbaycanın problemlərini, torpaqlarının təcavüzə məruz qalmasını b

əyan etməyimizə mane olmur. Biz soyqırım, işğal günlərini də qeyd edir, yerli əhaliyə məlumatlar, bukletlər paylayırıq"-deyə təşkilat rəhbəri bildirib.

M.Fətəliyeva qeyd edib ki, Parisdə azərbaycanlı tələbələrin sayı çox deyil, amma Avropa ölkələrində təhsil alan tələbələr bir-birilərilə əlaqələr qururlar. O, bu yaxınlarda keçirilən Avropada təhsil alan azərbaycanlı tələbələrin formunda iştirak etdiyini deyib: "Bizim niyyətimiz var ki, Avropadakı Azərbaycan təşkilatlarını Federasiya şəklində birləşdirək. Bu zaman bizim gücümüz daha da çoxalar".

Xəbər lenti

Xəbər lenti