...

Uşaq qaynar xətləri xidmətinin təşkilinə həsr olunmuş milli konfrans keçirilib

Cəmiyyət Materials 16 İyun 2006 17:20 (UTC +04:00)

İyunun 16-da Bakıda Uşaq qaynar xətləri xidmətinin təşkilinə və fəaliyyət perspektivlərinə həsr olunmuş milli konfrans keçirilib. Bu barədə Trend ə Uşaq Hüquqları üzrə QHT Alyansının Azərbaycan üzrə milli koordinatoru Nabil Seyidov məlumat verib.

ATƏT-in dəstəyi ilə keçirilən konfransda Beynəlxalq Uşaq Qaynar Xətləri Təşkilatının dəstəyi ilə Azərbaycanda uşaq qaynar xətləri xidmətinin yaradılması məsələləri müzakirə olunub və bu sahədə fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

N.Seyidov: "Belə bir xəttin yaradılmasında məqsəd fiziki və cinsi zorakılığa məruz qalan uşaqların müvafiq orqanlarla əlaqə yaratmasını, qaynar xətt vasitəsi ilə həmin uşaqlara psixoloji, hüquqi yardımların göstərilməsini təmin etməkdir".

Konfransın işində Beynəlxalq uşaq qaynar xətləri təşkilatının (OSYE) dunya ölkələri üzrə direktoru xanım Çeroo Billimoria və təşkilatın Avropa və Asiya ölkələri proqramları üzrə rəhbəri xanım Trin Eriksenin, o cümlədən, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin, Nazirlər Kabinetinin, İnformasiya Texnologiyaları Nazirliyinin, Təhsil Nazirliyinin, Sosial Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin səlahiyyətli nümayəndələri, Ombudsman Elmira Süleymanova iştirak edib.

Yaxın vaxtlarda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "qaynar xətt" üçün 3 rəqəmli kod ayıracaq.

Xəbər lenti

Xəbər lenti