...

Azərbaycan "Qızıl Qran-Pri" finalında qadın sərbəst güləş proqramı üzrə təmsil olunmayacaq

Cəmiyyət Materials 21 İyun 2006 13:45 (UTC +04:00)

Azərbaycan iyunun 23-də Bakıda start veriləcək "Qızıl Qran-Pri" finalında qadın sərbəst güləş proqramı üzrə təmsil olunmayacaq.

Milli Federasiyanın vitse-prezidenti Cavanşir Qurbanovun Trend ə verdiyi məlumata görə, respublikada beynəlxalq arenada rəqabət apara biləcək qadın idmançılar yoxdur. "Hazırda bu məsələ bizim üçün aktual deyil. Ancaq Bakıda lisenziyalı statusa malik dünya çempionatının keçiriləcəyini nəzərə alaraq çox güman ki, biz bu məsələyə gələn il qayıdacağıq", - C.Qurbanov qeyd edib. Bununla əlaqədar 2008-ci il Olimpiadasında vakansiya uğrunda mübarizə aparmaq əzmində olan legionerlərin dəvət olunması mümkündür.

Xatırladaq ki "Qızıl Qran-Pri"nin finalında medallar yunan-roma və sərbəst güləş üzrə qazanılacaq.

Xəbər lenti

Xəbər lenti