...

Azərbaycan komandası əlbəyaxa döyüş üzrə turnirdə 6 medal qazanıb

Cəmiyyət Materials 11 İyul 2006 16:43 (UTC +04:00)

Azərbaycanlı idmançılar Sankt-Peterburqda keçirilmiş əlbəyaxa döyüş üzrə nüfuzlu beynəlxalq turnirdə 1 qızıl və 5 bürünc medal qazanıb.

Komandanın məşqçisi Ruzbeh Vəliyevin Trend ə verdiyi məlumata görə, kollektiv yarışda 9 idmançı ilə təmsil olunub. Bu turnirdə Tural Qasımov daha böyük uğura nail olub. O, 71 kq çəki dərəcəsində yarışın qalibi olub. Onun komanda yoldaşları da mükafatsız qalmayıb. Pərviz Əliyev (60 kq), Mehdi Mehdiyev (65 kq), Nicat Tağıyev (77 kq), Nəvai Qasımov (80 kq) və Əli Mirələkbərli (85 kq) bürünc mükafatın sahibi olub.

Yarışda ev sahibləri bir çox çəki dərəcəsində birinci olub.

Xəbər lenti

Xəbər lenti