Azərbaycan tərəfi insan haqları üzrə Avropa Məhkəməsində Ermənistan hökumətinə qarşı iddialara baxılması istiqamətində iş aparır.
Trend in xəbər verdiyi kimi, bu barədə avqustun 24-də jurnalistlərə Azərbaycanın insan haqları üzrə Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məlumat verib.
Onun sözlərinə görə, indiyədək azərbaycanlı qaçqınlar tərəfindən Avropa Məhkəməsinə 800-dən çox şikayət göndərilib və bu şikayətlərin bir neçəsi baxılmaq üçün qəbul olunub. Qaçqınların ölkə məhkəmələrinin fəaliyyəti ilə bağlı Avropa məhkəməsinə şikayətlərinə gəlincə, Ç.Əsgərov qeyd edib ki, gələcəkdə bu şikayətlərin sayı azalacaq. Çünki onların əksəriyyəti 2001-2003-cü illərdə gedən proseslərlə bağlıdır. O, bu cür şikayətləri təbii hesab edir.
Səlahiyyətli nümayəndə onu da bildirib ki, AM-ə təqdim olunmuş şikayətlər arasında yerli QHT-in birləşmə azadlığı ilə bağlı iddiaları da var. Bununla belə, seçki hüququ ilə bağlı şikayətlər olmayıb.