...

Yeni ildən etibarən Azərbaycanın Mədəniyyət Nazirliyi ölkədə lisenziyalaşdırılmamış filmlərin göstərilməsi üzərində nəzarəti gücləndirəcək

Cəmiyyət Materials 7 Dekabr 2006 11:17 (UTC +04:00)

Yeni ildən etibarən Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ölkədə lisenziyalaşdırılmamış filmlərin göstərilməsi üzərində nəzarəti gücləndirəcək. Bu barədə Trend ə nazirlikdən xəbər veriblər.

Bu addım filmlərin leqallaşdırılması və piratçılıqla mübarizə istiqamətində atılıb. Azərbaycanın dünya kino məkanına daxil olması üçün mühüm şərt müxtəlif yaradıcılıq təşkilatlarının istehsalı olan filmlərin qeydiyyatının aparılmasıdır.

Lisenziyası olmayan və Dövlət reyestrinin siyahısında göstərilməyən filmlərin ekrana buraxılmaması üçün nazirlik ölkə teleşirkətləri, eləcə də kinoteatrlarla əməkldaşlığı genişləndirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti