...

Milli Məclisin komissiya sədri: "Təhsil haqqında" qanun tam hazırdır"

Cəmiyyət Materials 1 Fevral 2007 18:21 (UTC +04:00)

"Milli Məclisin yaz sessiyasının gündəliyinə təhsillə bağlı 4 qanun layihəsi daxil edilib." Trend in məlumatına görə, bu barədə Milli Məclisin Elm və təhsil komissiyasının sədri, deputat Şəmsəddin Hacıyev çıxış edib.

O vurğulayıb ki, bu layihələr arasında ən vacibi "Təhsil haqqında" qanundur.

Ş.Hacıyev deyib ki, ictimaiyyət bu qanunların qəbul olunmasını on illərdir ki, gözləyir.

"Təhsil haqqında" qanun tam hazırdır", -deyə komissiya sədri vurğulayıb.

Onun sözlərinə görə, Milli Məclisin sədri Oqtay Əsədovun göstərişi ilə "Təhsil haqqında" qanun 60 ünvana göndərilib. Həmin ünvandan alınan rəylərin əksəriyyəti isə müsbətdir: "Bizə verilən cavablar arasında müəyyən iradlar da var. Bunlar arasında bəzi haqlı iradlarr da mövcuddur. Komisiyada müzakirələr zamanı həmin iradlar nəzərə alınacaq. Əgər bu qanun qəbul olunmasa digərlərini müzakirəyə çıxarmağa ehtiyac yoxdur".

Ş.Hacıyev qeyd edib ki, keçən parlamentdə birinci oxunuşdan keçmiş "Elm və təhsil siyasəti haqqında" qanun layihəsinin müddəaları tamamilə dəyişdirilib. "Ali təhsil haqqında" qanun layihəsi isə demək olar ki, 70 faiz hazırdır. "Yaşlıların təhsili haqqında" qanun layihəsi də müzakirəyə hazırdır.

Xəbər lenti

Xəbər lenti