...

Sankt-Peterburqdakı Baş Konsul: "Martda Rusiyanın Arxanqelsk vilayətində Azərbaycan mədəniyyəti günləri keçiriləcək"

Cəmiyyət Materials 8 Fevral 2007 14:00 (UTC +04:00)

Bu ilin mart ayında Rusiyanın Arxanqelsk vilayətində Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş Konsulu Qüdsi Osmanov məlumat verib.

O bildirib ki, bir neçə gün davam edəcək "Mədəniyyət günləri" çərçivəsində keçirilən tədbirlərdə min nəfərədək adamın iştirakı nəzərdə tutulub.

Bu tədbirlərdən əvvəl isə Baş Konsul Rusiya Federasiyasının Komi Respublikasına səfər edəcək, azərbaycanlılarla görüş keçirəcək.

Xəbər lenti

Xəbər lenti