...

Ombudsman Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sədrinə müraciət edib

Cəmiyyət Materials 27 Fevral 2007 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanova Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sədri M.Nəbiyevə məktubla müraciət edib. Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Məktubda deyilir ki, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutundan Ombudsman Aparatına daxil olmuş müraciətdə bir qrup jurnalistin hakim Faiq Qasımovun sədrliyi ilə sabiq nazir Əli İnsanovla bağlı keçirilən məhkəmə prosesi zamanı zala buraxılmadığı bildirilib. Bununla da jurnalistlərə qarşı ayrı-seçkiliyə yol verildiyi və media nümayəndələrinin "Kütləvi informasiya vasitələri haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarında təsbit edilmiş hüququnun pozulduğu qeyd olunub. Ombudsman müraciətdə əks etdirilmiş halların yoxlanılmasını, jurnalistlərin növbəti proseslərdə qanunvericlik çərçivəsində iştirakının təmin olunmasını məhkəmə sədrinə tövsiyyə edib.

Xəbər lenti

Xəbər lenti