...

Rafiq Tağı və Samir Sədaqətoğlunun işi Səbayel rayon məhkəməsənə göndəriləcək

Cəmiyyət Materials 5 Mart 2007 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Bu gün Nəsimi rayon məhkəməsində hakim Məmmədəli Zülfüqarovun sədrliyi ilə yazar Rafiq Tağı və "Sənət qəzeti"nin baş redaktoru Samir Sədaqətoğlunun barəsindəki cinayət işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmə cinayət işinin aidiyyatı üzrə Səbayel rayon məhkəməsənə göndərilməsi barədə qəraq çıxarıb. Belə li, "Sənət qəzeti" Səbayel rayonu ərazisində yerləşdiyindən cinayət işinin materialları da nəmin məhkəməyə göndəriləcək. R.Tağı və S.Sədaqətoğlunun hüquqlarını vəkil İsaxan Aşurov müdafiə edir. Rafiq Tağı və Samir Sədaqətoğlu Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti