...

Azərbaycanın məcburi köçkünlərinin hüquqları BMT-nin sessiyasında müzakirə olunub

Cəmiyyət Materials 21 Mart 2007 13:29 (UTC +04:00)
Azərbaycanın məcburi köçkünlərinin hüquqları BMT-nin sessiyasında müzakirə olunub

Azərbaycan,Bakı/müxbir " S.Ağayeva/Erməni təcavüzü nəticəsində məcburi köçkün halına salınmış azərbaycanlıların hüquqlarının pozulması məsələsi Cenevrədə keçirilən BMT-nin İnsan Haqları Şurasının dördüncü sessiyasında müzakirə olunub. Sessiyada iştirak edən Azərbaycanın ombudsmanı Elmira Süleymanovanın məlumatına əsasən, Cenevrədə paralel olaraq Avropa Şurası yanında insan haqqları üzrə milli institutların beynəlxalq koordinasiya şurasının 19-cu sessiyası keçirilir.

Ombudsmanın bildirdiyinə görə, sessiyada milli azlıqlar, qadınlara qarşı zorakılıq, həmçinin uşaq fahişəliyi və pornoqrafiya məsələləri müzakirə olunub. Elmira Süleymanova çıxışında sessiya iştirakçılarının diqqətinə məcburi köçkünlərin hüquqlarının pozulmasını çatdırıb və onları insan haqlarının müdaifiəsi vəziyyəti ilə bağlı məlumatlandırıb.

Xəbər lenti

Xəbər lenti