...

AFFA prezidenti Ramiz Mirzəyev Nona gedəcək

Cəmiyyət Materials 3 Aprel 2007 15:37 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend müxbir Z.Səfərov/ AFFA prezidenti Ramiz Mirzəyev aprelin 11-12-də Nonda keçiriləcək iclasda iştirak etmək üçün səfərə hazırlaşır. Burda Azərbaycan və Ermənistan komandaları arasında Avro-2008 çempionatının seçim oyunlarının harada keçirilməsi ilə bağlı UEFA-nın xüsusi iclası olacaq.

Trend xəbər verir ki, nümayəndə heyətinin tərkibinə həmçinin Assosiasiyanın baş katibi Fuad Əsədov da daxil olacaq və Nonda aparılacaq müzakirələrdən sonra UEFA-nın qərarı qəbul olunacaq. Bununla yanaşı, Azərbaycan tərəfi sentyabrda keçiriləcək oyunların neytral meydanda keçirilməsində isararlı olsa da, erməni tərəfi oyunun evdə və səfərdə keçirilməsini istəyir.

Qeyd etmək lazımdır ki, bu məsələ ilə bağlı son qərarı 18 apreldə Kardiffdə UEFA İcraiyyə Komitəsi qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti