...

1 saylı İstintaq Təcridxanasında monitorinq keçirilib

Cəmiyyət Materials 7 Aprel 2007 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov Bayıldakı 1 saylı İstintaq Təcridxanasında monitorinq keçirib. Şənbə günü Behbudov Trend ə bildirib ki, təcridxanada Cinayət Məcəlləsinin 171.2.2-ci (yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə), 243.2.2-ci (fahişəliyə cəlb etmə) maddələri ilə ittiham olunan jurnalist Süleyman Süleymanovla görüşüb. Süleymanov özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyib. Bildirib ki, yanvarın 8-də DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Araz adlı təhqiqatçısı və tanımadığı 2 nəfər şəxs ona işgəncə verərək etmədiyi cinayəti boynuna qoyublar.

Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinən iş adamı, İran vətəndaşı Mövsüm Ruhi Hir isə Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi İlyas İsmayılovun qanunsuz hərəkətlərindən şikayət edib. O bildirib ki, müstəntiq onun azad olunması üçün rüşvət tələb edib. Bakıdakı əmlakını ələ keçirmək məqsədilə ona qarşı saxta ittiham irəli sürülüb.

Behbudov hər iki faktla bağlı baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət edəcəyini deyib.

Behbudov aprelin 9-da 1 saylı İstintaq Təcridxanasında saxlanılan millət vəkili Hüseyn Abdullayevlə görüşəcək.

Xəbər lenti

Xəbər lenti