...

Vüsal Qaracayevin işi məhkəməyə göndərilib

Cəmiyyət Materials 9 Aprel 2007 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Ermənilər tərəfindən ötən ilin dekabrında əsir götürülmüş Azərbaycan Ordusunun əsgəri Vüsal Qaracayevin barəsində açılan cinayət işi baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəməyə göndərilib. Bazar ertəsi məhkəmədən Trend ə bildirilib ki, cinayət işi hakim Camal Ramazanovun icraatına verilib. Aprelin 19-da iş üzrə hazırlıq iclası keçiriləcək. Məhkəmə prosesinin qapalı keçirilib-keçirilməyəcəyi barədə hazırlıq iclasında qərar qəbul olunacaq.

V.Qaracayev barəsində Hərbi Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 274-cü ( dövlətə xəyanət) və 338.1-ci (döyüş növbəsi cəkmə qaydalarını pozma) maddələri ilə cinayət işi acılıb.

Balakən rayon Hərbi Komissarlığından ötən il hərbi xidmətə cağırılmış 1988-ci il təvəllüdlü Qaracayev Vüsal Məhəmməd oğlu dekabrın 7-də Ağdam ərazisində əsir düşüb. O, dekabrın 23-də əsirlikdən azad edilib.

Xəbər lenti

Xəbər lenti