...

Aygün Kazımova Hollivuda gedir

Cəmiyyət Materials 18 Aprel 2007 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel / müx.Trendlife Səbinə Haşımova/

Bu gün "Exselsior" hotelində məhşur müğənni Aygün Kazımova mətbuat konfransı keçirib. Mətbuat konfransı ilə yanaşı Aygünün "Gülə-Gülə" mahnısına çəkdirdiyi yeni klipin təqlimatı da olub. Klip Aqil.M.Quliyevin yeni studiyası "Aqil.M.film" tərəfindən çəkilib.

Aygün bildirib ki, Fuad Əlişovun rejissorluğu ilə bu gün saat 15.00-da "İstərəm" mahnısına klip çəklişinə başlayacaq. Onu da qeyd edib ki, bu mahnını əvvələr "A-trio" ifa edib. "Mən isə yeni oranjemanda oxuyacağam. Bu ilin sonunda isə Aygün Tofiq Bəhrəmov adına stadionda konsert verməyə hazırlaşıram. Noyabr ayında Hollivudda keçirilən "World Music" musiqili konkursunda da iştirak etməyi planlaşdırıram".

Hazırda o, Vaqif Gərayzadə və Vüqar Camalzadənin yeni mahnıları üzərində işləyir. Ustalığını daha da artırmaq üçün bu işdə ona məhşur Rusiya ifaçısı Filipp Kirkorov kömək edir.

Xəbər lenti

Xəbər lenti