...

Azərbaycanda ömürlük həbslə cəzalandırılmış məhbus yenidən aclığa başlayacaq

Cəmiyyət Materials 28 Aprel 2007 11:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Qobustan Qapalı Cəzaçəkmə Müəssisəsində ömürlük həbs cəzasına məhkum olunmuş Dəyanət Kərimov həbsxananın rəisinə məktubla müraciət edib. Bu barədə şənbə günü Dəyanət Kərimovun bacısı məlumat verib.

Kərimov məktubda qeyd edib ki, müvafiq qurumlar ömürlük həbs cəzasını başqa cəza ilə əvəz etməsə, yenidən aclıq aksiyasına başlayacaq.

Kərimov ömürlük həbs cəzasına etiraz edərək aprelin 14-dən aclıq aksiyasına başlamışdı. Səhhətində yaranan problemə görə aclığı müvəqqəti dayandırıb.

Qobustan Qapalı Cəzaçəkmə Müəssisəsi məsələ ilə bağlı açıqlama verməyib.

Xəbər lenti

Xəbər lenti