...

Moskvada Azərbaycanın şair və dramaturqu Miryusif Mirnəsiroğlunun yaradıcılığının 55 illiyi qeyd olunub

Cəmiyyət Materials 1 May 2007 14:52 (UTC +04:00)

Rusiya,Moskva/müxbir Trend R.Ağayev/Moskvada məşhur Azərbaycan şairi və dramaturqu Miryusif Mirnəsiroğlunun yaradıcılığının 55 illiyinə həsr olunmuş mərasim keçirilib. Əvvəlcə şairi "Bakı" kinoteatrında təntənəli şəkildə təbrik ediblər, daha sonra musiqili-yaradıcılıq gecəsi "Kür" kafesində davam etdirilib.

Mərasimdə şairlər, musiqiçilər, Moskvada Azərbaycan ziyalılarının nümayəndələri və xüsusi dəvət olunmuş Azərbaycan müğənnisi İlhamə Quliyeva iştirak edib.

Mirnəsiroğlunun şerlərini rusiyalı və azərbaycanlı artistlər oxuyub. Rubailər, bayatılar, muğamlar səsləndirilib, şairin sözlərinə bəstələnmiş mahnılar ifa olunub. Şairin şerlərini Şəhriyar bədii klubunun üzvləri oxuyub, onlar gecədə Mirnəsiroğluya hədiyyə olaraq onun portretini təqdim ediblər.

Mərasim iştirakçılarına həmçinin Mirnəsiroğlunun "333 rubai" kitabı və onun şerlərinə bəstələnmiş mahnılardan ibarət kompakt-disk təqdim olunub.

Gələn il 70 illiyi qeyd olunacaq Mirnəsiroğlu bir çox bədii topluların müəllifidir. Onun şerlərinə bəstələnmiş mahnılar xalq mahnılarına çevrilib. Ədəbi yaradıcılıqla yanaşı o, Azərbaycanın Hacıqabul rayonunda birləşdirilmiş xalq teatrına rəhbərliklə də məşğul olur.

Xəbər lenti

Xəbər lenti