...

Azərbaycan birinciliyinin bürünc mükafatçısı İntertoto Kubokuna buraxılacaq

Cəmiyyət Materials 7 May 2007 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın futbol üzrə çempionatının bürünc mükafatçısı UEFA İntertoto Kubokuna buraxılacaq.

Trend in verdiyi məlumata görə, reqlamentə əsasən İntertoto-da Azərbaycandan üçüncü yeri tutan komanda iştirak edə bilər. Lakin hələlik konkret namizədlərin adlarını çəkmək tezdir. Üçüncü yeri "Bakı", "Karvan", "MKT-Araz", "İnter" və digər klublar tuta bilər.

Qeyd edək ki, ötən mövsümdə olduğu kimi, İntertoto turniri üç mərhələdən ibarət olacaq. Hər bir mərhələdə komandalar evdə və səfərdə bir oyun keçirəcəklər.

Üçüncü mərhələnin 11 qalibi UEFA Kubokunun ikinci seçmə mərhələsində oynamaq şansı qazanacaq. İntertoto-da 46 assosiasiyadan 50 klub iştirak edəcək. Əgər Lixtenşteyn, San-Marino və Şotlandiya turnirə qatılmasa, Rumıniyadan iki klub iştirak hüququnu qazanacaq.

Xəbər lenti

Xəbər lenti