...

Mədəniyyət və turizm naziri: "Bu il Azərbaycanda xarici turistlərin sayı bir milyonu keçəcək"

Cəmiyyət Materials 14 May 2007 19:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir P.Əliyeva/ Bu il Azərbaycana gələcək xarci turistlərin sayı bir milyonu keçəcək. Bu barədə bazar ertəsi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Lənkəran şəhərində açıqlama verib.

Qarayev bildirib ki, ötən il də turistlərin sayının milyona çatdırılması qarşıya qoyulmuşdu. Lakin bu rəqəm 926 min oldu. Nazirin sözlərinə görə, bu il turizm sahəsində görülən işlər onunla nəticələnəcək ki, ölkəyə gələn turistlərin sayı milyonu keçəcək.

Qarayev onu da deyib ki, Azərbaycan təkcə xarici deyil, ölkədaxili turizmə də diqqət ayırır. Nazirin bildirdiyinə görə, bu il daxili turizmdə də 20 faiz artım olacağı gözlənilir.

Qarayevin sözlərinə görə, xarici turistləri Azərbaycana cəlb ertmək üçün əsasən ölkənin cənub (Lənkəran-Masallı) və şimal zonasına (Quba-Xaçmaz) üstünlük verilir, dəniz və meşə zolaqları olan ərazilər seçilir.

Xəbər lenti

Xəbər lenti