...

Ədalət Şükürovdan açıqlamalar

Cəmiyyət Materials 19 May 2007 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may /müx. "TrendLife" Samirə Kazımova/

Azərbaycanın Əməkdar artisti Ədalət Şükürovun "Mən Ədalətəm" adlı yeni albomu işıq üzü görüb. Albomun mükəmməlliyi ondan ibarətdir ki, bura 11 qısa monoloqlar aiddir. Albom dinləyicilərə müğənninin birinci məhəbbətindən, yaşadığı ilk xəyanətdən, həyətində çinar ağacının olmadığından, valideynlərindən və oğlundan söhbət açır. Bir sözlə, diskdə müğənninin ən gizli fikirləri öz əksini tapıb. Monoloqların müəllifi Ədalət və dəyişlməz müəllifi İkramdır. Monoloqların ifası o qədər səmimidir ki, elə bil müğənni dostları ilə öz xatirələrini bölüşür. Diskin dizaynı ağ-qara fondadır. Onu da qeyd edək ki, Azərbaycan şou-biznesində ilk dəfədir ki, müğənni diskdə öz fikirləri ilə paylaşır.

Xəbər lenti

Xəbər lenti