...

Azərbaycan yığması iyunun 5-də Qazaxıstana yola düşəcək

Cəmiyyət Materials 26 May 2007 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend Z.Səfərov/Azərbaycanın futbol üzrə yığma komandası iyunun 5-də Avropa-2008 Çempionatının Qazaxıstana qarşı oyununda iştirak etmək üçün yola düşəcək.

AFFA-dan Trend ə verilən məlumata əsasən, təsdiq olunmuş cədvələ görə Şahin Diniyevin yetirmələri Alma-Ataya xüsusən ixtisalaşdırılmış görüşlərə səfər etmək üçün nəzərdə tutulmuş çarter reysi ilə gedəcək. Kollektiv "Qrand Ayser" mehmanxanasında yerləşəcək və iyunun 5-də axşam qarşıdan gələn asan olmayan yarışdan öncə stadionda məşq edəcək. Hazırki ixtisaslaşmada qazaxlar belçikalılarla heç-heçə oynayıb, serblərlə qalib gəlib və qraşıdan gələn yarışmada qələbəyə köklənib.

Qazaxıstana yola düşməzdən əvvəl Azərbaycan yığması T.Bəhramov adına Respublika Stadionunda polyakları qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti