...

Apellyasiya Məhkəməsi Vəkillər Kollegiyasına qarşı şikayət üzrə məhkəmə qərarını qüvvədə saxlayıb

Cəmiyyət Materials 7 İyun 2007 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Apellyasiya Məhkəməsi hüquqşünas Ənnağı Hacıbəylinin Vəkillər Kollegiyasına (VK) qarşı şikayəti üzrə məhkəmə qərarını qüvvədə saxlayıb. Hakim İlqar Dəmirovun sədrliyi ilə keçirilən prosesdə Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən verilmiş şikayət rədd edilib.

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna edilən 3 iyun 2005-ci il tarixli dəyişikliyə əsasən, Vəkillər Kollegiyasını təsis etmək hüququ tanınmamış lisenziya almış bütün şəxslər ixtisas imtahanı vermədən Kollegiyaya üzv qəbul olunur. VK-nın Rəyasət Heyətinin 2006-cı il yanvarın 26-da keçirilən iclasında Hacıbəyliyə rədd cavabı verilib. Vəkillər Kollegiyasının belə bir qərar qəbul etməsinə səbəb Hacıbəylinin Kollegiyanın fəaliyyəti ilə bağlı tənqidi fikirləri, yerli və beynəlxalq məhkəmələrdə bu quruma qarşı iş qaldırması olub.Hacıbəyli VK-nın özbaşınalığından məhkəməyə şikayət verib. Nəsimi Rayon Məhkəməsi Hacıbəylinin şikayəti üzrə işə xitam verib. Məhkəmə qərarında qeyd edib ki, bu məsələ Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvlərinin müstəsna səlahiyyətinə aid olan, onların şəxsi mülahizə və iradələri ilə bağlı olan məsələdir. Bu səbəbdən də şikayətin məhkəmə qaydasında baxılması yolverilməzdir. Birinci instansiyanın bu qərarını Apellyasiya Məhkəməsi də qüvvədə saxlayıb. Ali Məhkəmə isə ötən ilin sonunda aşağı məhkəmələrin qərarlarını rədd edib və işi mahiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə qaytarıb. Nəsimi Rayon Məhkəməsi bu dəfə iddianı rədd edib. əhkəməsi bu dəfə iddianı rədd edib.

Xəbər lenti

Xəbər lenti