...

Reper Elşad Xosenin konsertində təxribat

Cəmiyyət Materials 2 İyul 2007 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /müx.TrendLife Əli Dərviş/"Sinema club"da reper Elşad Xosenin konserti təmamilə darmadağın oldu. Ondan başlayaq ki, konsertin başlanmasını gözləyən boş zal idi. TrendLife-a təşkilatçıların verdiyi məlumata görə, 400 biletdən cəmi 120-si satılmışdı. Konsert özü saat 20:00-da başlamalı idi. Üç saat gecikən konsert saat 23:00 da başladı. Hardasa gecə saat 2-də bitdi. Fikirləşməyin ki, reper publikaya geniş proqram təqdim etdi. O, cəmi 5-6 mahnı ifa edib, öz çıxışını axıra çatdırmamış səhnəni tərk etdi. Yəqin ki, təşkilatçılardan incimişdi. İş ondadır ki, tez-tez işıqlar sönürdü. Tamaşaçılar isə belə fasilələrdən bezmişdilər. Şounun sonuna qədər cəmi bir-iki nəfər adam qalmışdı. Aydın oldu ki, işıqların sönməyinin günahkarı bu dəfə "Bakıelektrikşəbəkə" olmayıb. Bu əsl təxribat olub. Kimsə bilə-bilə klubun işıqlarını söndürürdü. Keçəl bir kişi təxribatçı kimi yaxalanmışdı. Lakin o, faktı təkzib edirdi. Bundan sonra elektrik şitinin qabağına gözətçi qoyuldu. Bundan başqa şəkilçəkənlərə şəkil çəkməyi qadağan etdilər. Onlar Elşad Xosenin şəkillərini 5 manatdan satırdılar. Onları alanları isə görmədik.

Bundan başqa, konsertin monitorlarında nəinki erotik kadrlar, hətta əməlli-başlı açıq səhnələr nümayiş olunurdu. Təəssüf ki, biz bu şəkilləri saytmızda yerləşdirə bilmədik. Konsertin gedişində Azərbaycan reperləri ilə qaradərililər birlikdə nəsə oxuyurdular. Hər kəs öz dilində oxuyurdu. Və nəhayət, işıqların verilməyi normallaşanda Elşad Xose birdən-birə itdi...

Xəbər lenti

Xəbər lenti