...

Azərbaycanda yeni ov mövsümünə start verilib

Cəmiyyət Materials 9 İyul 2007 12:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda 2007-2008-ci illər üçün ov mövsümünə start verilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının iclasında qərar çıxarılıb. Nazirliyin mətbuat xidmətindən bazar ertəsi bildiriblər ki, mövsümün başlanması ilə bağlı vəhşi heyvanların ovlanmasının müddətləri və normaları, ov biletlərinin bölgü cədvəlləri hazırlanıb. Hazırda ov mövsümü yalnız məməli heyvanlar üçün açılıb. Nazirliyin müvafiq əmri ilə 2005-ci ilin oktyabrından etirbarən quş ovuna müddətsiz qadağa qoyulub.

Məməli heyvanlara ötən il ayrılan diqqət nəticəsində bir sıra ov obyektlərinin sayında təbii artım dinamikası müşahidə olunub. 2005-ci illə müqayisədə bu il də (təkənin sayında 297, çöl donuzunun sayında 1479, dovşanın sayında isə 8250) ovun limmiti dəyişdirilməyib.

Xəbər lenti

Xəbər lenti