...

"Bakı Xəbər" qəzetinə əvvəlki məhkəmə baxışları zamanı kəsilmiş 20 milyon manat cərimə 1 il ərzində ödənilməlidir

Cəmiyyət Materials 12 İyul 2007 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Səbail rayon məhkəməsi "Bakı Xəbər" qəzetinin şikayəti üzrə qərar qəbul edib. Məhkəmədən bildirilib ki, hakim Alim Namazovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qəzetin baş redaktoru Aydın Quliyevin Apellyasiya Məhkəməsinin 9 fevral tarixli qərarı ilə bağlı təkrar müraciətinə baxılıb. Məhəmənin qərarına görə, "Bakı Xəbər"ə əvvəlki məhkəmə baxışları zamanı kəsilmiş 20 milyon manat cərimə 1 il ərzində ödənilməlidir.

2005-ci ilin dekabrında Səbail rayon məhkəməsi Ucar rayon İstehlak Cəmiyyəti sədrinin iddiası əsasında "Bakı Xəbər" qəzetini 20 milyon AZM məbləğində cərimələyib. 2007-ci ilin fevralında iddiaçı apellyasiya şikayəti verərək məbləğin hamısının eyni vaxtda ödənməsini tələb edib və Apellyasiya Məhkəməsi iddianı təmin edib. "Bakı Xəbər"in baş redaktoru isə cərimənin hissə-hissə ödənməsi üçün Səbayel rayon məhkəməsinə müraciət edib.

Mayın 31-də "Bakı Xəbər" maliyyə çətinlikləri səbəbindən nəşrini müvəqqəti dayandırıb/

Xəbər lenti

Xəbər lenti