...

Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib

Cəmiyyət Materials 17 İyul 2007 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbaliyeva/ Konstitusiya Məhkəməsi Plenumunun novbəti iclası keçirilib. Konstitusiya Məhkəməsindən Trend ə bildirilib ki, iclasda vətəndaş Qabil Hüseynovun şikayətinə əsasən məhkəmə aktlarının Azərbaycan Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim Rəfael Qvaladzenin məruzəsini, ərizəçi Qabil Hüseynovun, cavabverənin nümayəndəsi - Neftçala Rayon Məhkəməsinin əməkdaşı Rəhmanovun çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib. Qərara görə, Qasım Bədəlovun Qabil Hüseynova qarşı Kürqarabucaq kənd bələdiyyəsindən əmək haqqı və işdənçıxma müavinəti tələbinə dair iddiası üzrə məhkəmə aktı kimi qəbul edilən Neftçala Rayon Məhkəməsinin 2007-ci il 1 fevral tarixli 17 saylı məktubu Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, Mülki-Prosessual Məcəllənin 268-269-cu və 397-ci maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilib. İşə bu qərara uyğun olaraq, mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada yenidən baxılması qərara alınıb.

Xəbər lenti

Xəbər lenti