...

Müğənni Baloğlan Əşrəfov: "Heç nəyə yaramayan müğənni olmaqdansa, tanınmış çəkməçi olmaq yaxşıdır"

Cəmiyyət Materials 17 İyul 2007 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyul /müx.TrendLife Əli Dərviş/Azərbaycanın xalq artisti Baloğlan Əşrəfovun TrendLife-a verdiyi xəbərə görə, onun ən kəskin iradı pis deyil, əksinə yaxşı qarşılanır. Hətta ona ağsaqqal kimi qulaq da asırlar. O, həmişə çalışır ki, bütün həmkarları ilə yaxşı münasibətdə olsun. Və məhz buna görə də bütün gənc ifaçılar onu sevir, hörmət edirlər.

B.Əşrəfovun sözlərinə görə, gənc ifaçı heç də özünün xarici gözəlliyinə güvənməməlidir. "Əgər onun səsi yoxdursa, sənəti tullamalıdır. Pis sənətçi olmaqdansa, yaxşı çəkməçi olmaq daha yaxşıdır. Şövkət Ələkbərova və Rəşid Behbudov yalnız öz talantları və səslərinə görə yadda qalıblar".

B.Əşrəfov öz iradlarını hətta gənc şairlərə və bəstəkarlara da bildirir. "Nə yatmısınız? Qoy şairlər gözəl şerlər yazsın, bəstəkarlar da musiqi. Bilin ki, bizim xalq romantik xalqdır. Onu aldatmaq çətin məsələdir" - deyə müğənni öz fikrini bildird.

.

Xəbər lenti

Xəbər lenti