...

Qərbi Azərbaycana Qayıdış Birliyi sədrinin məhkəməsinin vaxtı gələn həftə müəyyənləşdiriləcək

Cəmiyyət Materials 26 İyul 2007 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Qərbi Azərbaycana Qayıdış Birliyinin sədri, sabiq səhiyyə naziri Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Rizvan Talıbovun məhkəməsinin vaxtı gələn həftə müəyyənləşdiriləcək. Bu barədə cümə axşamı Bakıda Talıbovun vəkili Telman Novruzzadə məlumat verib.

Vəkil qeyd edib ki, müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittiham üzrə istintaq yekunlaşıb.

"İstintaq qrupu işi Respublika Prokurorluğuna təqdim edib. Qanunvericiliyə görə, prokuror beş gün müddətində işi ya təsdiq etməli, ya da yenidən istintaqa qaytarmalıdır. Prokurorluğun iş üzrə qərar verməsi müddəti sabah başa çatır. Prokuror işi təsdiq etdikdən sonra məhkəmə prosesinin vaxtı müəyyənləşdiriləcək" - deyə Novruzzadə əlavə edib.

Talıbov haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2 maddəsi ilə (xüliqanlıq) cinayət işi qaldırılıb. Talıbov hazırda Şüvalan müvəqqəti saxlanma təcridxanasında saxlanılır.

Xəbər lenti

Xəbər lenti