...

Müğənni Aslan Hüseynov: "Azərbaycandan heç yerə getmək fikrində deyiləm"

Cəmiyyət Materials 31 İyul 2007 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul \müx.Trendlife Vüqar İmanov/Aslan Hüseynovun bir müddət estradadan kənar gəzməsini hərə bir cür yozdu. Şəhərdə belə bir şayiə gəzməyə başladı ki, guya Aslan özünə olan hörmətsizliyə görə bizdən küsüb, Qırğızıstana gedib. Buna aydınlıq gətirmək üçün TrendLife müğənnin özü ilə əlaqə saxladı. Görün, o, nə cavab verdi: "Mən öz xalqımdan küsə bilmərəm. 4-5 il müddətində Azərbaycan estradasında bir çox nəaliyyətlər əldə etmişəm. Belə ki, hər on nəfərdən üçü mənim pərəstişkarım olub. Məni hər yerdə çox isti münasibətlə qarşılayırlar. Əgər tamaşaçı səni alqışlamırsa, onda xalq, əməkdar artist adı nəyə lazımdır?"

Aslan Hüseynov sponsor dəstəyinə də öz fikrini bildirdi. " Üzdə qalmaq, yaradıcılığını inkişaf etdirmək üçün yaxşı pul, ya da sponsor lazımdır. Hələ ki, bunların heç biri yoxdur. Toylarda iştirak etməyə məcbur olursan. Mənə kimsə kömək etsə, heç toylara getmərəm. Əvvəllər Rəşid Behbudov və Zeynəb Xanlarova kimi sənətçilərə həmişə köməklik edirdilər. İndi isə kimin pulu var, o da oxuyur.

- Amma o vaxtlar senzura var idi, istedadla üzə çıxmaq isə çox çətin idi...

- Qoy senzura olsun. İstedadlılar evdə oturub. Teleefirlərdə isə görürsən ki, rəqqasələr veriliş aparır. Hamı oxuyur! Bəs Aygün Bəylər və Nisə Qasımova kimilərin nəyə görə efirdə yerləri yoxdur. Bu kanallar üçün mənfi haldır. Tamaşaçıları aldatmaq lazım deyil, onsuz da onlar hər şeyi başa düşür. Qoy çətin də olsa, bir üzün olsun. Mən Azərbaycanda işləməyə başlayanda dedilər ki, sən Asiya stilində oxuyursan, azərbaycanlı tamaşaçılar çətin ki, səni başa düşsünlər. Əlbəttə, çox pis oldum. Amma yenə də başladım işləməyə. Pessimist proqnozlar isə özünü doğrultmadı. İndi mənə burda çox yaxşıdır və heç yerə getmək fikrində deyiləm.

Xəbər lenti

Xəbər lenti