...

Avropa Şurasının insan hüquqları üzrə komissarı hesabatında əks olunacaq məsələləri açıqlayıb

Cəmiyyət Materials 7 Sentyabr 2007 20:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Jurnalistlər böhtan və diffomasiyaya görə məsuliyyətə cəlb olunmamalıdırlar. Bu barədə Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberq cümə günü jurnalistlərə açıqlamasında bildirib.

"Şəxsən mənim, eyni zamanda Avropa Şurasının və ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Mikolaş Haraştinin movqeyi ondan ibarətdir ki, jurnalistlər böhtan və diffomasiyaya görə məsuliyyətə cəlb olunmamalıdırlar. Bu məsələni biz oz hesabatımızda vurğulayacağıq" - deyə Hammerberq qeyd edib.

Onun sözlərinə görə, hökumət nümayəndələri ilə görüş zamanı həbsdə olan jurnalistlərlə baglı aydın cavab əldə etməyə müvəffəq olmayıb.

Mətbuat konfransında həmçinin məhbusların saxlanılma şəraitinə də toxunan Hammerberq cəzaçəkmə müəssisələrində müsbət dəyişikliklərin olduğunu qeyd edərək bu sahəyə yeni investisiyaların yatırılmasına ehtiyac oldugunu bildirib: "Biz ayrı-ayrı məhbuslarla göruşdük və onların problemləri ilə tanış olduq. Bu barədə hökumət rəsmiləri ilə müzakirələr də apardıq. Biz onlardan müsbət cavablar aldıq".

Hammerberq həmçinin iqtisadi cəhətdən inkişaf edən Azərbaycanda insan hüquqlarının sosial sahəsinə də diqqət yetiriləcəyinə ümidvar olduğunu vurğulayaraq bu məsələni də gələcək hesabatında işıqlandıracağı barədə niyyətini açıqlayıb. Eyni zamanda hesabatında sərbəst toplaşmaq, söz azadlığı və seçki hüququ kimi məsələlərin də yer alacağını bildirib.

Xəbər lenti

Xəbər lenti