...

Azərbaycan taekvondoçuları Hollandiyanın açıq çempionatında uğurla çıxış ediblər

İdman Materials 19 Mart 2012 13:34 (UTC +04:00)
Azərbaycan taekvondoçuları Hollandiyanın açıq çempionatında (Dutch Open) uğurla çıxış ediblər.
Azərbaycan taekvondoçuları Hollandiyanın açıq çempionatında uğurla çıxış ediblər

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan taekvondoçuları Hollandiyanın açıq çempionatında (Dutch Open) uğurla çıxış ediblər.

Azərbaycan Taekvondo Federasiyası (ATF) mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, idmançılarımız gənclər və böyüklər arasında "A" kateqoriyalı yarışda 1 qızıl, 3 gümüş və 3 bürünc medala sahib olublar.

Turnirin qalibi İlkin Şahbazovdan (74kq) başqa, böyüklər arasında Samir Aydınov (54 kq) bürünc mükafat qazanıb. Gənclərin yarışında Məcid Sofiyev (45 kq), Ayxan Tağızadə (55 kq) və Pərvin Əliyev (59 kq) ikinci yeri tutublar. Bürünc medalları isə Elmar Bədəlli (48 kq) və Ruslan Abbasov (51 kq) əldə edib.

Eyndhovendəki mötəbər yarış aprelin əvvəlində Misirin Şarm əl-Şeyx şəhərində gənclərin dünya çempionatına və mayın ilk günlərində İngiltərənin Mançester şəhərində böyüklərin Avropa çempionatına hazırlıq baxımından da önəmli olub.

Olimpiya seçməsinin üzvləri isə 24-25 mart tarixlərində İspaniyanın Alikante şəhərində açıq çempionatda (Spanish Open) iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti