...

"Xəzər Lənkəran" böyük hesablı qələbə qazandı

İdman Materials 16 İyun 2012 14:43 (UTC +04:00)
Bu gün Avstriyada təlim-məşq toplanışı çərçivəsində "Xəzər Lənkəran" futbol klubunun ilk yoxlama oyunu baş tutub.
"Xəzər Lənkəran" böyük hesablı qələbə qazandı

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Bu gün Avstriyada təlim-məşq toplanışı çərçivəsində "Xəzər Lənkəran" futbol klubunun ilk yoxlama oyunu baş tutub.

Trend klubun rəsmi saytına istinadən məlumat verir ki, komandanın rəqibi Almaniya Regional Liqasında çıxış edən "Starnberq" klubu olub. Qarşılaşma futbolçularımızın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Xəzər Lənkəran"ın start heyəti: Kamal Bayramov, Elnur Allahverdiyev, Eder Bonfim, Rodomir Todorov, Elvin Beqiri, Elnur Abdullayev, Branimir Subaşiç, Robert Alviz, Rikardo Qomeş, Rahid Əmirquliyev, Adrian Pit.

İlk hissədə Branimir Subaşiç fərqlənərək hesabı açıb və fasiləyə qədər hesab dəyişməyib. İkinci hissədə Yunis Hüseynov Adrian Skaralatake, Joao Paulo Pinto, Akif Tağıyev, Ruslan Abışov, Kamran Abdullazadə və Elvin Mirzəyevi matçın müxtəlif dəqiqələrində meydana buraxıb ki, portuqaliyalı Joao Paulo Pintonun het-triki və Kamran Abdullazadə ilə Rahid Əmiruliyevin qolları ilə komandamız böyük hesablı qələbə qazanıb - 6:0.

Qeyd edək ki, "Xəzər Lənkəran" növbəti matçını iyunun 20-də Kiyev "Dinamo"sunun əvəzedici heyətinə qarşı keçirəcək.

Xəbər lenti

Xəbər lenti