...

Milli Paralimpiya Komitəsinin rəhbər orqanlarına seçkilər keçirilib

İdman Materials 8 Fevral 2013 13:47 (UTC +04:00)
Konqresdə Milli Paralimpiya Komitəsinin Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi və Komitənin növbəti 4 il üçün (2013-2016-ci illər) strateji fəaliyyət planı müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.
Milli Paralimpiya Komitəsinin rəhbər orqanlarına seçkilər keçirilib

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Bu gün Milli Paralimpiya Komitəsinin IV hesabat seçki Konqresi keçirilib. Konqresdə Milli Paralimpiya Komitəsinin Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi və Komitənin növbəti 4 il üçün (2013-2016-ci illər) strateji fəaliyyət planı müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.

Komitədən Trend-ə verilən məlumata görə, Milli Paralimpiya Komitəsinin IV Konqres nümayəndələri "2013-cü il Prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə" Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultay nümayəndələrinin təşəbbüsünə qoşulması barədə qərar qəbul edib və ölkədə fəaliyyət göstərən bütün qeyri-hökümət təşkilatlarını Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultay nümayəndələrinin təşəbbüsünə qoşulmağa çağırıb.

Müzakilələrdə Komitənin İcraiyyə Komitəsinin və Milli Məclisin üzvü Rauf Əliyev, İcraiyyə Komitəsinin üzvü, "Neftçi" İSM-ın icraçı direktoru Sadıx Sadıxov, İcraiyyə Komitəsinin sədri, Gözdən Əlillər Cəmiyyətinin prezidenti Səmyar Abdullayev, XIV London Yay Paralimpiya Oyunlarının qalibi Afaq Sultanova, XIV London Yay Paralimpiya Oyunlarının bürünc medalçısı Hüseyn Həsənov, baş məşqçilər İbrahim İbrahimov, Sergey Təhməzov və Alaverdi Culfayev çıxış ediblər.

Konqresdə Komitənin rəhbər orqanlarına seçkilər keçirilib. İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçilib. Natiq Qasımov Komitənin birinci vitse-prezidenti, Şaiq Həmidov vitse-prezident, Afiq Süleymanov isə Komitənin baş katibi vəzifəsinə seçilib.

Bununla da Konqres öz işini başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti